MSK katibi: “Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 5 387 600 bülleten çap ediləcək”

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında fevralın 9-na təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydası müzakirə olunub

“Report”un xəbərinə görə, bu barədə iclasda MSK katibi Arifə Muxtarova məlumat verib. O bildirib ki, məsələ səsəverməyə çıxarılıb və fevralın 9-na təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydası təsdiqlənib: “Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 5387600 ədəd seçki bülleteni çap ediləcək”.

pia.az