Ötən ay bəzi banklar kredit faizlərini endirib

Ötən ilin dekabr ayında Azərbaycanda fəaliyyət göstərən bəzi banklarda istehlak kreditləri üzrə təklif edilən faiz dərəcələrinə dəyişiklik edilib...
###reklam250###

“Report”un araşdırmasına əsasən, nağd kreditlər üzrə faiz dərəcəsi “AFB Bank”da 17%-dən 16%-ə, “Azərbaycan Sənaye Bankı“nda 18%-dən 16%-ə, “Bank Respublika”da 18%-dən 16%-ə, “Bank VTB Azərbaycan”da 24%-dən 18-22%-ə salınıb.

Hesabat ayında “BTB Bank”da lombard kreditləri üzrə faiz dərəcəsi 24,8%-dən 22,8%-ə düşürülüb.

Hazırda nağd kreditlər üzrə ən aşağı faiz dərəcəsi “AFB Bank”, “Azərbaycan Sənaye Bankı“, “Bank Respublika”, “Turanbank” və “Xalq Bank”dadır,

Avtomobil kreditləri – “NBC Bank”

Təmir kreditləri – “Yelo Bank”

Lombard kreditləri – “Amrahbank”

İpoteka kreditləri – “Xalq Bank”

Mikro kreditlər – “Bank Respublika”

Kiçik və orta biznes kreditləri – “AG Bank”, “Xalq Bank”

Daha ətraflı məlumat aşağıdakı infoqrafikalarda verilib:

pia.az