ABŞ-ın Küveytdəki Səfirliyi təhlükəsizlik tədbirlərini gücləndirir

 “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin yaydığı bəyanatda deyilir...
###reklam250###

"ABŞ-ın Küveytdəki Səfirliyi regionda təhlükəsizlik sahəsində gərginliyin artmasını anlayır. Səfirlik ehtiyat üçün təhlükəsizlik sahəsində tədbirləri gücləndirir", - deyə sənəddə qeyd edilir.

Bununla belə, diplomatik missiya viza və konsulluq məsələləri ilə məşğul olmağa davam edəcək.

"Hazırda bizə Küveytdə ABŞ-ın ayrı-ayrı vətəndaşlarının ünvanına ehtimal olunan konkret təhlükələr məlum deyil. Bununla belə, bu vəziyyət ABŞ vətəndaşlarına ayıq-sayıqlığın yüksək səviyyəsini saxlamağın lazım olduğunu xatırlatmağa xidmət edir", - səfirlikdə bildirilib.

pia.az