Salama görə 34 kursant işdən uzaqlaşdırıldı

ABŞ-ın Virciniya ştatında nasist salamı verən 34 gözətçi kursantın fəaliyyətinə son verilib...

Qərbi Virciniya əyalətinin valisi bildirib ki, 34 nəfər işdən çıxarılıb, 4 müəllimin isə maaşı kəsilib.

Qeyd edilir ki, müəllim Karye Bird gözətçi təlimi keçən şəxslərə sayğı əlaməti olaraq nasist salamı verdirib. Vali bəyan edib ki, hökumət strukturları bu cür davranışlara göz yummayacaq.

pia.az