Bakı 2020-ci ili atəşfəşanlıqla qarşıladı

Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə Dənizkənarı Milli Parkın ərazisində atəşfəşanlıq təşkil olunub...
###reklam250###

PİA.az bildirir ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən təşkil olunan bayram atəşfəşanlığı on minlərlə insan maraqla izləyib.

Bulvar ərazisində ağacların bayramsayağı bəzədilməsi və işıqlandırılması Dənizkənarı Milli Parka xüsusi gözəllik verib. Eyni zamanda, şəhərin mərkəzi küçələri və parklar bəzədilib, yolkalar qurulub. Buradakı ağacların çilçıraqlarla bəzədilməsi, müxtəlif yeni il atributları və simvollarının quraşdırılması, bayram tərtibatı işləri həyata keçirilib.

Beləliklə, 2019-cu il yola salınıb və 2020-ci il yeni ilin ilk dəqiqələrində atəşfəşanlıqla qarşılanıb.

Xatırladaq ki, yeni il Siçan üzərində təhvil olub.

Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, 2020-ci il Azərbaycanda “Könüllülər ili” elan edilib. (Virtualaz.org)

pia.az