Ronaldo saatı və üzüyü ilə diqqət çəkdi - qiyməti 1 milyon 187 min avrodur

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində "Globe Soccer Awards" mükafatlarının təqdimetmə mərasimində bahalı saatı və bijüteriyaları ilə diqqət çəkib

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, portuqaliyalı hücumçu qiyməti ümumilikdə 737 min avro olan üzük və bilərzik taxıb. 34 yaşlı oyunçu istifadə etdiyi saatının qiyməti isə 450 min avrodur.Ronaldo beləliklə, bijuteriya və saat üçün ümumilikkdə 1 milyon 187 min avro xərcləyib.

pia.az