Tovuzda avtomobil dərəyə aşdı: 8 yaralı

Tovuz rayonunda avtomobil dərəyə aşıb...
###reklam250###

PİA.az "Report"a istinadən məlumatına görə, hadisə rayonun Kirən kənd ərazisində qeydə alınıb. Hərəkətdə olan UAZ markalı avtomobilin idarəetmədən çıxaraq dərəyə aşması nəticəsində 8 nəfərin xəsarət aldığı bildirilir. Xəsarət alanlar Tovuz rayon sakinləri - 1972-ci il təvəllüdlü Aynur Cavanşır qızı İmamverdiyeva, 1973-cü il təvəllüdlü Azad Bayram oğlu İmamverdiyev, 1982-ci il təvəllüdlü Gülanə Azad qızı İmamverdiyeva, 1982-ci il təvəllüdlü Gülxoş Eldar qızı Yusibova, 1980-ci il təvəllüdlü Lalə Əhməd qızı İmamverdiyeva, 2001-ci il təvəllüdlü Azər Qısmət oğlu İmamverdiyev və 1973-cü il təvəllüdlü Azər Bayram oğlu İmamverdiyevdir. Qəzada daha bir nəfərin isə yüngül xəsarət aldığı bildirilir.

Yaralılar xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

pia.az