Birinci vitse-prezidentdən xalqa təbrik: “Tanrı öz mərhəmətini xalqımızdan əsirgəməsin!”

Birinci vitse-prezident Mehriban Əliyeva 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə rəsmi “Instagram” səhifəsində xalqımızı təbrik edib...
###reklam250###

PİA.az xəbər verir ki, Birinci vitse-prezidentin qısa təbrik mətnində bu fikirlər yer alıb:

“Əziz həmvətənlər!

Sizi 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il münasibətilə səmimi qəlbdən təbrik edirəm. Qoy, Tanrı öz mərhəmətini xalqımızdan əsirgəməsin! Qoy, yer üzündəki bütün azərbaycanlılar sağlam və xoşbəxt olsun! Bu bayram günündə sizə möhkəm cansağlığı, xoş ovqat, ailələrinizə sevinc və rifah arzulayıram”.

pia.az