Ağsuda 23 yaşlı qadın hamamda ölü tapıldı

Ağsu sakini dəm qazından zəhərlənərək ölüb...
###reklam250###

PİA.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaraqoyunlu kəndində qeydə alınıb.

Kənd sakini, 1996-cı il təvəllüdlü Hacıyeva Əfsanə Səməd qızı hamam otağında çimərkən dəm qazından zəhərlənib. Ailə üzvləri iki uşaq anası olan Əfsanə Hacıyevanın ölümündən gec xəbər tutublar.

Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

pia.az