Cavanşir Həsənli Əli Həsənovla Avropada görüşməsi barədə iddialara cavab verdi

Almaniyada yaşayan azərbaycanlı araşdırmaçı jurnalist Cavanşir Həsənli Azərbaycan Prezidentinin sabiq köməkçisi Əli Həsənovla Avropada görüşməsi barədə iddialara cavab verib...
###reklam250###

Cavanşir Həsənli Demokrat.az-a açıqlamasında bildirib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir:

"Məni ləkələmək üçün hər cəfəngiyyata əl atırlar. Mənim nə Əli Həsənovla görüşüm olub, nə də söhbətim. Əli Həsənov bu hakimiyyətin ən böyük saxtakarlarından, saxta təbliğat maşınının başında duran şəxs olub, həmişə onu bu hakimiyyətin Göbbelsi hesab eləmişəm. O cür axmaq söhbəti ortaya atanlar elə Əli Göbbelsin yetirmələridir".

pia.az