Bu ilin ən dəhşətli terrorları

Son 5 ildə dünyada alovlanan terrora və ona qarşı mübarizə bu il il ərzində daha da kəskinləşdi və gözlənilənlərin əksinə, nəinki zəifləmədi, daha da şiddətləndi...
###reklam250###

Martın 15-də Yeni Zelandiyada məscidə terror hücumu nəticəsində 50, apreldə isə Şri Lankada kilsələrə hücum nəticəsində 250 nəfər öldürüldü.

Martın 23-də isə ABŞ və müttəfiq qüvvələri İŞİD-in Suriyadakı sonuncu mərkəzi Bağuz qəsəbəsini ələ keçirərək terror təşkilatına rəsmən son qoyduğunu bəyan etdi.

Oktyabrın 26-də isə ABŞ xüsusi təyinatlıları İŞİD lideri Əbubəkr Əl-Bağdadini Suriyanın şimalında gizləndiyi evəhücum təşkil edərək İŞİD liderini məhv etdi.

Türkiyə oktyabr ayında Suriyada sayca 3-cü “Barış Pınarı” əməliyyatını başlatdı və Suriya-Türkiyə sərhədini kürd silahlı qruplşamalarından təmizlədi.

İyunun 20-də İran ordusunun ABŞ-a məxsus PUA-nı vurması ilə iki ölkə arasında müharibə riski yüksəlsə də, Tramp son anda İrana qarşı əməliyyata qol qoymadı.

Sentyabrın 14-də Səudiyyə Ərəbistanı “Aramco” neft şirkətinin terminallarının vurulması nəticəsində körfəzdə yenidən gərginlik yüksəlsə də, hərbi əməliyyatlar baş verməyib.

Sudan və Əlcəzairdə baş verən etirazlar nəticəsində Suranda ölkəni 30 ildir idarə edən Ömər əl-Bəşir və Əlcəzairin 20 illik prezidenti Əbdüləziz Buteflika istefa verdi.

Honq-Konq, İraq və Livanda kütləvi etirazlar isə hələ də davam edir.

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri ilə görüşüb və Şimali Koreyaya ayaq basan ilk ABŞ prezidenti kimi tarixə düşüb.

ABŞ Əfqanıstanda Talibanla danışıqlar başladıb, ancaq daha sonra danışıqlar dayanıb. Taliban yalnız dekabrın sonunda yenidən sülh üçün atəşkəsə razılaşıb. Bu isə Əfqanıstanda sülh ümidlərini yenidən dirçəldib. (Yenisabah.az)

pia.az