Misirdə turist avtobusu yük maşını ilə toqquşdu: 6 nəfər ölüb

Misirdə turistləri daşıyan avtobusun yük maşını ilə toqquşması nəticəsində 6 nəfər ölüb...
###reklam250###

PİA.az APA-ya istinadən xəbər verir ki, "Sada əl-Balyad" saytı yazır ki, hadisə Qırmızı dənizin sahilində yerləşən Ayn-əs-Sohna rayonunda baş verib.

Hindistan, Malayziya və Çin vətəndaşlarını daşıyan avtobusun yük maşını ilə toqquşması nəticəsində ölən altı nəfərdən üçü turistdir. Qəza nəticəsində 20-si turist olmaqla, 24 nəfər də müxtəlif dərəcəli xəsarət alıb.

Hadisənin başvermə səbəbi araşdırılır.

pia.az