Qanunsuz meyvə satan azərbaycanlılar cərimələndi

Rusiyanın Tver vilayətində azərbaycanlılar qanunsuz nar və xurma alveri ilə məşğul olub...
###reklam250###

KP.RU-nun xəbərinə görə, onlar vilayətin “Vışnıy Voloçka” bazarında qanunvericiliyin məcburi tələblərini pozub.

Fakt “Baytarlıq və Fitosanitar” İdarəsinin əməkdaşları tərəfindən aşkar edilib.

Reyd zamanı azərbaycanlılar “Bitki karantini haqqında” Federal Qanunun tələblərini pozaraq Tver bölgəsindəki Fitosanitar İdarəsində yoxlanışdan keçmədiklərinə görə inzibati məsuliyyətə cəlb olunub.

pia.az