Dünya çempionatında biabırçılıq: FİDE prezidenti üzr istədi

Rusiyada keçirilən şahmat üzrə dünya çempionatının təşkilatçılığından yarışçılar narazı qalıblar...
###reklam250###

Gazeta.ru-nun xəbərinə görə, Moskvanın “Lujniki” stadionunun böyük zalında keçirilən və mükafatı bir milyon dollar olan yarışmada istilik sistemində problem yaranıb.

Buna görə də iştirakçılar üst geyimlərini geyinərək oynamağa məcbur olublar. Bu problem uzun müddət həll edilə bilməyib.

Bundan sonra FİDE prezidenti Arkadi Dvorkoviç “Twitter”də baş verənlərə görə üzr istəyib:

“Moskvadakı dünya çempionatında iştirak edənlərdən avadanlıqların nasazlığı nəticəsində yaranan narahatlığa, oyun otağında temperaturun düşməsinə görə üzr istəyirəm. Dünyanın ən yaxşı oyunçularının bu problemdən narahat olmamaları üçün tədbirlər görürük”.

Qeyd edək ki, çempionata Azərbaycandan Şəhriyar Məmmədyarov qatılıb.

pia.az