"Eşkıya dünyaya hükümdar olmaz"ın aktyorları Bakıda - Fotolar

“Eşkıya dünyaya hükümdar olmaz” serialının aktyorları Bakıya gəlib...
###reklam250###

Axşam.xəbər verir ki, Ozan Akbaba, Ceren Benderlioğlu, Sevinç Gürşen Kıratlı, Hakan Karsak, Emir Benderlioğlu, Ceren Benderlioğlu və Sevil Akı rol aldıqları “Aman reis duymasın” filminin qala gecəsi üçün ölkəmizə təşrif buyurublar.

Nizami Kino Mərkəzində baş tutan tədbirə filmin digər aktyorları Oktay Kaynarca və Mustafa Üstündağ isə Bakıya gəlməyib. Buna səbəb O.Kaynarcanın gərgin iş qrafiki, M.Üstündağın isə təyyarəyə gecikməsi olub.

Ekran işin baş qəhrəmanı Ozan Akbaba jurnalistlərə müsahibə verərək Azərbaycan haqda fikirlərini dilə gətirib:

"Mənim soyum buradan gəlmədir. Bakıya qarşı özəl marağım var. İlk dəfədir gəlirəm, çox gözəl şəhər ilə qarşılaşdım. İnsanları da çox gözəldir”.

Serialda “İlyas” obrazını canlandıran aktyor Azərbaycan musiqisinə olan sevgisindən də danışıb:

“Şövkət Məmmədovanı çox sevirəm. Sənətçilərinizin çoxunu dinləyirəm. Operanıza qarşı xüsusi sevgim var. “Arşın mal alan” operanızı çox bəyənirəm”.

Bir müddət öncə ailə həyatı quran aktyor toyundakı tərəkəmə rəqsindən də söhbət açıb:

“Toyumda tərəkəmə oynadım. Yadlıq çəkmirəm. “You Tube”da belə bir şərhlə qarşılaşdım. (Gülür) “Oğlan yaxşı oynamır, amma xanım deyəsən Azərbaycanlıdır”. Bir az kədərləndim. Həyat yoldaşım Konyalıdır”.

Qeyd edək ki, qala gecəsinda serialın azərbaycanlı fanatları aktivlik nümayiş etdirib

pia.az