Azərbaycanda bələdiyyə üzvlüyünə seçilənlərin sayı açıqlanıb

Dekabrın 23-də keçirilmiş seçkilərdə seçilən bələdiyyə üzvlərinin sayı açıqlanıb...
###reklam250###

PİA.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib.

Onun sözlərinə görə, 15 156 yerə 15 154 nəfər seçilib: “Digər iki namizədin səsi bərabər olduğu üçün onlar seçilməmiş sayılır. Bu istiqamətdə araşdırmalar gedir və yəqin ki, sonda nəticələr dəyişə bilər”. (Report)

pia.az