Suriya ABŞ-a qarşı iddia qaldıracaq

Suriya neftini mənimsədiyinə görə ABŞ-a qarşı iddia qaldırılacaq...
###reklam250###

“Əl-Mayadeen”in məlumatına gör, bunu Suriya prezidentinin siyasi məsələlər və media üzrə müşaviri Butayna Şaaban deyib.

Onun sözlərinə görə, rəsmi Dəməşq Suriya neftinin talan edilməsinə görə ABŞ-a qarşı beynəlxalq məhkəməyə təqdim edəcəyi iddianaməni nəzərdən keçirir.

Suriya hökuməti beynəlxalq səviyyədə ABŞ-a qarşı qəbul ediləcək qanuni tədbirləri araşdırır.

B.Şaaban qeyd edib ki, ABŞ “Suriya neftini oğurlayır” və Suriya Ərəb Respublikasının suverenliyini pozur.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp ölkəsinin İŞİD terror təşkilatı ilə mübarizə üçün Suriyadakı neft sahəsinə nəzarəti ələ keçirdiyini və bu barədə istədiyi hər şeyi edə biləcəyini deyib.

pia.az