AQTA rəsmisi fındıq ixracından danışdı

AQTA bitki mənşəli məhsulların Avropa İttifaqı ölkələrinə ixracı ilə bağlı danışıqlar aparır...
###reklam250###

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin müşaviri Elxan Mikayılov deyib.

O bildirib ki, qeyri-neft məhsullarının ixracında fındıq ixracı ön pillələrdə dayanır:

“Fındıq məhsullarının Avropa İttifaqına üzv ölkələrə ixracından imtina hallarının aradan qaldırılması üçün tədbirlər planı hazırlamışıq.

Növbəti illər ərzində sistemli şəkildə həyata keçiriləcək bu tədbirlər ölkədə istehsal olunan fındığın qablaşdırılması, emalı və daşınmasının Avropa İttifaqı tələblərinə uyğun qurulmasını tımin edəcək. Hazırda bu sahədə kifayət qədər ixrac var”.

E.Mikayılov bildirib ki, ixrac məsələsində imtina hallarında əsas arqumentlər sənədləşmədə və nəqliyyat vasitələrində olan problemlərdir:

“Biz Avropa İttifaqına üzv ölkələrə göndərilən fındıq və digər məhsulların tələblərə uyğun şəkildə aparılması üçün tədbirlər görürük. Bu isə fındıqla yanaşı, pomidor, xurma məhsullarının Avropa İttifaqına ixracını asanlaşdırmağa imkan verəcək”.

pia.az