Seçkiyə qatılan ekspertdən maraqlı addım – İmza verənləri bir-bir videoya çəkdi / Foto

Tanınmış təhsil eksperti, 61 saylı Neftçala Seçki Dairəsindən parlament seçkilərinə qatılan Kamran Əsədov maraqlı addım atıb...
###reklam250###

O, sosial şəbəkədəki hesabında imza vərəqələrini və müvafiq sənədləri DSK-ya təqdim etdiyini açıqlayıb: “Bir həftə ərzində namizədliyimin qeydə alınması barədə qərar qəbul ediləcək. Amma indi 2015-ci il deyil.Bu dəfə hər bir imza atmış seçicinin həm öz şəklini, həm şəxsiyyət vəsiqəsinin şəklini çəkdim, həmdə imza atan yerdə videoya çəkdim".

"Cəmi 10 imza vərəqəsi verilmişdi, məndə 500 nəfərə imzaladıb geri verdim. Hər bir imza müəllifi tərəfindən imzalanıb. Bütün sənədlər qaydasındadır” - deyə K.Əsədov yazıb. (AzPolitika.info)

pia.az