Kəmaləddin Heydərov da seçkilərdə iştirak etdi - Foto

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov bələdiyyə seçkilərində səs verib...
###reklam250###

PİA.az-ın Trend-ə istinadən məlumatına görə, o, 13 saylı Yasamal 3-cü Seçki Dairəsinin 1 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.

Qeyd edək ki, bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov saat 08:00-dan etibarən seçki məntəqələrinin seçicilərin səs verməsi üçün açıq elan edildiyini bildirib.

Seçkilərlə əlaqədar olaraq dekabrın 23-ü qeyri-iş günü elan olunub.

pia.az