Şahzadə Harri saray qanunlarını pozdu

Kraliyyət ailəsi növbəti qalmaqalla gündəmə gəlib...
###reklam250###

Yenə şahzadə Harri və Meqan Markl Britaniya ictimaiyyətinin rahat yuxusuna mane olub.

Bu dəfə evli cütlük Yeni il bayramları ilə əlaqədar səlahiyyətlərini dayandırıb. Sasseks hersoqları düz altı həftəni saray nizamnamələrindən kənarda özlərinə və övladlarına sərf edəcəklər, həmçinin Meqanın anasına baş çəkəcəklər.

Əlbəttə ki, belə uzun tətil, ilk növbədə, cütlük ətrafında baş verən bir sıra qalmaqallarla əlaqələndirilir; keçmiş aktrisa hətta ölkənin ədalətsiz məhkum edilmiş şəxsi kimi tanınıb.

Evli cütlük artıq səkkiz aylıq övladları Arçi ilə birlikdə Atlantik okeanını keçərək, KİV-dən gizli saxlanan ünvana yollanıblar.

Yeri gəlmişkən qeyd edək ki, şahzadə Harrinin “Santa-Klaus” geyimində Britaniya Silahlı Qüvvələrinin uşaqlarını Yeni il təbriki yayımlanıb.

Bundan əlavə, hersoqların ətrafında yeni qalmaqal yaranır. Belə ki, Sasseks sakinləri, bu adın cütlükdən alınması xahişi ilə çıxış ediblər. Artıq kifayət qədər insanın petisiyaya imza atdığı məlumdur.

Bu gün onların titullarından məhrum edilib-edilməyəcəyi bilinmir, amma ingilis əhval-ruhiyyəsi qətiliklə şahzadənin və xanımının xeyrinə deyil.(oxu.az)

pia.az