ÜST: Azərbaycanda kişilər arasında siqaret çəkmə göstəricisi yüksəkdir

"Azərbaycanda 2017-ci il STEPS nəticələrinə baxdıqda görmək olar ki, kişilər arasında siqaret çəkmə göstəricisi yüksəkdir"...
###reklam250###

Bunu Ümümdünya Səhiyyə Təşkilatının Qeyri-infeksion xəstəliklərin qarşısının alınması və nəzarəti üzrə Avropa Ofisində Qeyri-infeksion xəstəliklərə nəzarət üzrə Proqram meneceri, tibb üzrə fəlsəfə doktoru İvo Rakovac deyib.

O bildirib ki, sorğuya görə, siqaret çəkən kişilərin sayı təqribən 50 faizdir:

"Bu göstərici 2011-ci ilin sorğusunun nəticələri ilə müqayisədə çox dəyişməyib. Amma bir çox Avropa ölkələrində azalma müşahidə olunur. Növbəti 15 il ərzində siqaret çəkməni 30 faiz azaltmaq lazımdır. Amma Azərbaycanda 5 ili əbəs yerə itirmişik. Azərbaycan vəziyyəti yaxşılaşdırmaq üçün hələ çox işlər görməlidir. Məsələn, tütünə görə gömrük rüsumu artırılmalıdır. Bu rüsum hazırda çox aşağıdır".

İ.Rakovac bildirib ki, əhali arasında yüksək qan təzyiqi duzun normadan artıq qəbulu nəticəsində yaranır: "Azərbaycanda kişilərin 30 faizi əksər hallarda öz qidalarına duz əlavə edirlər. Azərbaycanda bu göstərici digər ölkələrlə müqayisədə daha yüksəkdir. Digər ölkələrdə bu göstərici qat-qat aşağıdır. Maarifləndirmə aparmaqla bu göstəricini daha da aşağı salmaq olar".

pia.az