Uşağı dişləyən qazı “sürgün etdilər”

Türkiyənin Antalya şəhərində muzey bağçasında bəslənən qazlar başqa əraziyə “sürgün edilib”...
###reklam250###

“CNNTürk”ün xəbərinə görə, Antalya muzeyinin həyətində bəslənilən qazlardan biri oraya gəzməyə gələn uşağı qovaraq dişləyib.

Valideynlərinin bununla əlaqədar Mədəniyyət və Turizm Nazirliyinə elədiyi şikayətinə əsasən, bağçada olan yeddi qazın hamısı 20 kilometr uzaqlıqda Aksu rayonunda yerləşən Perge Antik Kent ərazisinə köçürülüb.

Onlar bu ərazidə toyuqlar, xoruzlar, ördəklər və hind toyuqları ilə birgə yaşayacaqlar.

pia.az