Boliviya prokurorluğu sabiq prezident Moralesin həbsinə order verib

Moralesi həbs gözləyir...
###reklam250###

Boliviyanın müvəqqəti hökumətinin daxili işlər naziri Arturo Murilo qiyam, terrorizm və terrorizmin maliyyələşdirilməsi ittihamı üzrə ölkənin sabiq prezidenti Evo Moralesə ölkə prokurorluğu tərəfindən verilən həbs orderini yayımlayıb.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

"Məlumunuz olsun ki, cənab Morales", - deyə "Twitter"də yayılmış sənədin şəkilinin altındakı məlumatın mətnində yazılıb.

La-Pas Prokurorluğunun Xüsusi Antikorrupsiya Komissiyası üzvlərinin imzaladığı 18 dekabr tarixli sənəd bütün vəzifəli şəxslərə Boliviyanın sabiq prezidenti Evo Moralesin "qiyam, terrorizm və terrorçuluğun maliyyələşdirilməsi iddiası ilə" tutulması və səlahiyyətlərinə xitam verilməsi üçün göstəriş verir.

pia.az