Bakı-Tbilisi-Batumi aviareysi açılacaq

"Gələn il Gürcüstan və Azərbaycan arasında yeni aviareys açılacaq"...
###reklam250###

"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze bildirib.Onun sözlərinə görə, Azərbaycanın aviaşirkətlərindən biri Bakı-Tbilisi-Batumi reysini yerinə yetirməyə başlayacaq.

Səfir deyib ki, iki ölkə arasında vahid turist paketlərinin hazırlanması istiqamətində işlər davam etdirilir: "Bu paket çərçivəsində ziyarətçilər həm Gürcüstan, həm də Azərbaycana səfər edərək hər iki ölkənin mədəniyyəti və adət-ənənələri ilə tanış olmaq imkanı əldə edəcəklər".

Z.Pataradze qeyd edib ki, vahid turpaketlər Gürcüstan və Azərbaycana səfər edən turistlərin sayının artmasına təsir edəcək.

pia.az