Sabah Abşeronun bəzi ərazilərində elektrik enerjisi olmayacaq

"Azərişıq" xəbərdarlıq edir...
###reklam250###

Sabah saat 11:30-dan 14:00-a qədər Abşeron rayonunun Saray qəsəbəsinin bəzi ərazilərinin (badam bağları), eləcə də Novxanı qəsəbəsinin bir hissəsinin elektrik enerjisi təchizatında qısamuddətli fasilə yaranacaq.

Bu barədə “Report”a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

Onun sözlərinə görə, fasiləyə səbəb Sumqayıt 110/35/10 kVt-luq yarımstansiyasından çıxan və Saray qəsəbəsinin bəzi ərazilərini qidalandıran iki dövrəli 10 kVt-luq “Saray 3” və “Saray 8” xətlərində aparılan yenidənqurma işləridir.

“Azərişıq” rəsmisi yaranacaq narahatlığa görə istehlakçılardan üzr istəyib.

pia.az