Sabirabadda 2 otaqlı ev yanıb

Sabirabad rayonunun Suqovuşan kəndində ümumi sahəsi 75 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 45 m² sahədə yanıb...

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

pia.az