Bakıda kənd təsərrüfatı ilə bağlı beynəlxalq konfrans keçiriləcək

Bu barədə Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) bildirilib...
###reklam250###

Azərbaycan Sahibkarlar Konfederasiyası ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) əməkdaşlığı çərçivəsində dekabrın 17-də Bakıda “Azərbaycanda ərzaq və kənd təsərrüfatında Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) yerinə yetirilməsində özəl sektorun cəlb olunması və investisiya fəallığının təmin edilməsi” mövzusunda Beynəlxalq Konfrans keçiriləcək.

Məlumata görə, konfransda Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədovun, Kənd Təsərrüfatı naziri İnam Kərimovun, Ekologiya və Təbii Sərvətləri naziri Muxtar Babayevin, həmçinin digər əlaqədar dövlət orqanlarının, beynəlxalq təşkilatların, elm-təhsil müəssisələri nümayəndələrinin, sosial tərəfdaşların və sahibkarların iştirakı planlaşdırılır. (Report)

pia.az