Zidan Mbappe haqqında danışmaqdan imtina etdi

“Real Madrid”in baş məşqçisi Zinəddin Zidan PSJ-nin ulduzu Kilian Mbappe haqqında verilən suala cavab verməkən imtina edib..
###reklam250###

Baxmayaraq ki, Zidan bundan əvvəl fransalı futbolçunun “Real Madrid”ə transfer oluna biləcəyini istisna etmirdi.

Realmadrid.com saytının məlumatına görə, Zidan mətbuat konfransında jurnalistlərin bu mövzuda sualını belə cavablandırıb:

“O, PSJ-nin oyunçusudur. Mən orada baş verənləri müzakirə etmək istəmirəm. Bu, hörmətsizlik olardı. Qalan məsələlərə gəlincə, insanlar bilir ki, mən Kilianı çox yaxşı tanıyıram. Lakin müəyyən məsələlərə hörmətlə yanaşmaq lazımdır”.

pia.az