"ABŞ-dan “Patriot” sistemini almağa hazırıq" - Mövlud Çavuşoğlu

“Türkiyə ABŞ-a “Patriot” hava hücumundan müdafiə sistemlərini Ankaraya satmağı təklif edib və buna cavab gözləyir”
###reklam250###

APA-nın RİA Novoti-yə istinadən xəbərinə görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Qətərdə xarici işlər nazirlərinin Doha forumunda bildirib. Onun sözlərinə görə, Türkiyə hələ də ABŞ-ın onun müttəfiqi olduğuna inanır: “İnanırıq ki, biz yenə də müttəfiq olaraq qalırıq. Heç kim Rusiya ilə “S-400”lərin alışı ilə bağlı imzalanmış müqaviləni ləğv edə bilməz. Rusiyanın təklifi daha sərfəli idi və biz bunu qəbul etdik. Hazırda isə ABŞ-dan “Patriot” sistemini almağa hazırıq, buna cavab gözləyirik".

M. Çavuşoğlu qeyd edib ki, ABŞ “S-400”lərin alışına görə sanksiyalar qəbul edəcəyi təqdirdə Türkiyə ona cavab verməyə məcbur olacaq.

pia.az