Voleybol üzrə Azərbaycan çempionatına start verilib

Voleybol üzrə Azərbaycan çempionatına start verilib
###reklam250###

"Report"un məlumatına görə, açılış oyununda qadınlar arasında Superliqa komandalarından "Azərreyl" və "Abşeron" komandaları üz-üzə gəlib.

Azərbaycan Voleybol Federasiyasının Dərnəgül Voleybol Mərkəzində təşkil olunan görüş "Azərreyl"in qələbəsi ilə yekunlaşıb. İlk 2 setdə 16:25 və 22:25 hesabı ilə uduzan "Abşeron" üçüncü setdə fərqi azaldıb - 25:23. Lakin dördüncü setdə "Azərreyl" 25:22 hesablı üstünlüklə yekun nəticəni müəyyənləşdirib - 3:1. Qeyd edək ki, görüşü federasiya prezidenti Cavid Qurbanov da izləyib.

pia.az