Paralimpiyaçılar arasında Azərbaycan çempionatı keçirilib

Azərbaycanlı paralimpiyaçılar arasında "Seni Cup" Azərbaycan çempionatı keçirilib
###reklam250###

Milli.Az xəbər verir ki, 80-dən çox fiziki məhdudiyyətli idmançının qatıldığı yarış Bakı İdman Sarayında baş tutub. Finalın nəticələrinə uyğun olaraq boccia üzrə Azərbaycan milli komandasının heyəti formalaşıb.

Qeyd edək ki, boccia idman növü 1984-cü ildən Paralimpiya Oyunlarına daxil edilib və 20 il ərzində, populyarlıq qazanaraq, 50 ölkədə tətbiq olunur və sürətlə inkişaf edir. İdmanın bu növü ilə bütün ağır kateqoriyalı (uşaq serebral paraliçi, əzələ distrofiyası, beyin travması, dayaq-hərəkət aparatının pozulması) əlilliyi olan insanlar məşğul ola bilərlər.

Azərbaycanda Boccia idman növü 5 il öncə fəaliyyətə başlayıb. 2018-ci ildə isə bu idman növü üzrə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə milli federasiya yaradılıb. Ötən bir il ərzində idmançılarımız bir sıra beynəlxalq yarışlarda iştirak edərək uğurlu nəticələr əldə ediblər.

pia.az