Gürcüstan-Azərbaycan sərhədində baş verən insidentlə bağlı istintaq başlayıb

“Gürcüstan-Azərbaycan sərhədində baş verən insidentlə bağlı istintaq aparılır”...
###reklam250###

“Report”un yerli bürosu xəbər verir ki, bunu Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiyanın həmsədri, Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsalia bildirib.

O, bu cür halların xoşagəlməz olduğunu deyib: “Hazırda xəsarət alan şəxsin həyatına heç bir təhlükə yoxdur”.

Nazir müavini məsələ ilə bağlı indiki mərhələdə əlavə şərhin verilməsinə ehtiyacın olmadığını deyib.

pia.az