Dünyada 5G şəbəkəsi olan nöqtələri göstərən xəritə

5G-nin həyatımızda çox böyük dəyişikliklər yaradacağına dair məlumatlar var. Böyük texnologiya firmaları bunlara sərmayə yatırır
###reklam250###

Bəs, ölkələr nə vəziyyətdədir? Texnologiya dünyasının sürətlə qət etdiyi 5G texnologiyasına hansı ölkələrdə sərmayələr var?

Texnologiya dünyasının son zamanlardakı ən məşhur sözlərindən biri 5G-dir. Smartfon istehsalçıları, cihazlarının və markalarının gələcəyə hazır olması üçün smartfonlarına 5G dəstəyi əlavə etməyə başladı.

Təbii ki, yalnız smartfon istehsalçıları ya da texnologiya şirkətləri bu texnologiyaya hazırlanmır. Ölkələr də bu texnologiyadan geri qalmamaq üçün geniş 5G infrastrukturları qurmağa çalışır.

Məşhur internet sürətini ölçən platforma Ookla, veb saytında hansı ölkələrin 5G şəbəkəsini istifadə etdiyini göstərən bir xəritə əlavə etdi. Ookla, saytına əlavə etdiyi xəritəylə əlaqədar olaraq belə məlumat paylaşdı: "İnteraktiv Ookla 5G xəritəsi, dünya şəhərlərindəki 5G şəbəkələrini izləyir. Xəritə, Ookla məlumatları və təsdiqlənmiş ictimai qaynaqlarla həftəlik olaraq aktuallaşır".

pia.az