Gəminin çırpıldığı kran yerlə-yeksan oldu - Video

Belçikanın Antverpen şəhər limanında yük gəmisi nəhəng krana toxunaraq onu məhv edib...
###reklam250###

Bu barədə kadrları “Daily Mail” yayımlayıb.

Bildirilir ki, dreyf vəziyyətində olan yük gəmisi güclü külək nəticəsində krana dəyib. Nəticədə 100 tona qədər yükdaşıma qabiliyyətinə malik qurğu fəhlələrin gözü qarşısında yerlə-yeksan olub.

Xoşbəxtlikdən hadisə nəticəsində zərər çəkən olmayıb.

pia.az