Ərdoğan: “Suriyada 1 milyon qaçqının məskunlaşması üçün hazırlıq görülür”

“İndiyə qədər Türkiyədən 370 min nəfər qaçqın könüllü şəkildə Suriyada yaradılmış təhlükəsiz zonaya qayıdıb”...
###reklam250###

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının nazirlər toplantısında çıxış edərkən deyib.

Ərdoğan bildirib ki, Suriyanın Rəsulayn və Telabyad bölgələrində 1 milyon nəfərin məskunlaşması üçün tikintiyə başlamaq üçün hazırlıqlar görülür.

O, indiyədək Türkiyənin suriyalı qaçqınlara 40 milyard dollardan çox vəsait xərclədiyini deyib, Avropanın ölkəsinə bunun üçün cəmi 3 milyard avro yardım etdiyini vurğulayıb.(apa)

pia.az