Bərdədə yük maşını minik avtomobili ilə toqquşdu, bir nəfər öldü

Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib...
###reklam250###

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Soğanverdilər kəndi ərazisində qeydə alınıb.

Belə ki, 09-BX-278 dövlət nömrə nişanlı “Mercedes” markalı yük maşını 90-RM-177 nömrə nişanlı “VAZ 21015” markalı maşınla toqquşub.

Nəticədə “VAZ 21015”in sürücüsü, 40 yaşlı Abdullayev Musviq Mikayıl oğlu hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

pia.az