"Vəkilim məşğul olacaq" - Xoşqədəmdən Nazilənin ittihamlarına cavab

Aparıcı məsələ ilə bağlı fikir bildirib...
###reklam250###

Xəbər verdiyimiz kimi, məşhur şairə Nazilə Səfərli Prezident İlham Əliyevə müraciət edib. Müraciət onun qalmaqal yaşadığı teleaparıcı Xoşqədəm Hidayətqızı ilə bağlı olub. Şairə bildirib ki, Xoşqədəm onun universitet tələbəsi olan övladlarını təqib etdirir. N. Səfərli övladlarının həyatının təhlükədə olduğunu bildirərək dövlət başçısından kömək istəyib.

PİA.az xəbər verir ki, teleaparıcı sosial şəbəkədə ona rəy yazaraq məsələni soruşan izləyicisinin sualını cavablandırıb. Məsələdən xəbərinin olmadığını deyən X.Hidayətqızı bununla vəkilinin məşğul olacağını yazıb:

“Canım mənim bilmirəm o nə deyib, amma böhtandırsa, hüquq mühafizə orqanları var. Yəqin vəkilim məşğul olar”.

Xatırladaq ki, tərəflər arasında bu qalmaqal ötən il Nazilə Səfərlinin keçmiş qardaşı arvadının Xoşqədəm Hidayıtqızının Xəzər TV-də yayımlanan “Səni axtarıram” verilişinə müraciət etməsi ilə başlanıb.

pia.az