Hulusi Akar: "Türkiyə terrorla mübarizədə yalnız buraxıldı"

Bu sözləri Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib...
###reklam250###

Müdafiə naziri bildirib ki, NATO müttəfiqləri bu həftə Londonda keçirilən sammitdə razılığa gələ bilməyib.

"Milli təhlükəsizliyimiz üçün atdığımız addımların bəzi dairələr tərəfindən NATO-ya etinasızlıq kimi göstərilməsi məntiqsizdir. Sonda razılıq əldə olunmadı. Terrorla mübarizədə yalnız buraxıldıq", - deyə Türkiyənin Müdafiə naziri bildirib.

Qeyd edək ki, NATO-nun Baş katibi Yens Stoltenberq bir neçə gün öncə Londonda hərbi alyansın 70-ci ildönümü ilə bağlı təşkil edilən sammitin sonunda keçirdiyi mətbuat konfransında bildirib ki, Türkiyə NATO-nun Baltikyanı ölkələr və Polşa üçün müdafiə planına mane olmayacaq.

Xatırladaq ki, sammitdən öncə rəsmi Ankara sözügedən planı dəstəkləmək üçün NATO-dan onun Suriyanın şimalında YPG kürd qüvvələrinə qarşı mübarizəsində daha çox dəstək verməsini və hərbi alyansdan YPG-ni rəsmi olaraq terror qruplaşması kimi tanımağı tələb edirdi. (APA)

pia.az