Sumqayıt sakini dəm qazından boğulub

Sumqayıt sakini dəm qazından boğulub...
###reklam250###

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb. Belə ki, 1995-ci il təvəllüdlü Ağayev Ağasahib Elşad oğlu hamam otağında dəm qazından boğularaq ölüb.

Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

pia.az