Rəşad Sadıqovdan azarkeşə kobud cavab: "Sənin başın gedib, ..." - Video

“Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov azarkeşə kobud cavab verib...
###reklam250###

Mediapost.az xəbər verir ki, İnstaqram vasitəsilə futbolçuya mesaj yazan şəxs ona karyerasını başa vurmağı məsləhət görüb. R.Sadıqov isə ona “səs” göndərərək təhqir tonunda cavab verib.

Belə ki, futbol azarkeşi “Salam, Rəşad müəllim. Futbolu nə zaman buraxacaqsınız? Yaşlısınız artıq. Sizdən çox xahiş edirəm, futbolu buraxın. Evdə ailənizə vaxt ayırın. Azarkeşliyə keçin. Vallah, sizin yaxşılığınız üçün deyirəm” yazıb.

Rəşad Sadıqov isə buna qəzəblənərək “Aə, eşidirsən, salam. Sənin başın gedib, qaqaş?! Bu nə sözdür, deyirsən?! Başa düşmürəm, bu nə məsləhətdir, görürsən mənə?!”, deyib.

Rəşad Sadıqovun son zamanlar meydanda yaxşı performans göstərmədiyinə dair sosial mediada müzakirələr aparılır. Bir çox futbol azarkeşləri söyləyir ki, artıq onun karyerasının bitirməsinin zamanıdır. İddialara görə, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla Rəşad Sadıqovun dostluq münasibətləri müdafiəçinin heyətdəki yerinə təsir edir.

##relatedPost2##

Xatırladaq ki, oktabrın 24-ü Avropa Liqasının 3-cü turunda baş tutan “Qarabağ” - APOEL (2:2) matçından sonra keçirilən mətbuat konfransında “CBC Sport”un əməkdaşı Nurlan Valehoğlunun Rəşad Sadıqovla bağlı verdiyi suala “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sərt cavab verib.

Jurnalistlər və idman ictimaiyyətinin birmənalı qarşılamadığı reaksiyasını "CBC Sport"un baş redaktoru Şəmsəddin Abbasov müəllifi olduğu “Bizim futbol” verilişində hazırladığı reportajla tənqid edib.

Qeyd edək ki, futbolçunun azarkeşlə dialoqu sosial şəbəkələrdə yayılıb.

pia.az