AFFA-dan həbsi tələb olunan milli futbolçu ilə bağlı açıqlama

Xəbər verdiyimiz kimi, futbol üzrə Azərbaycan yığmasının üzvü Eddi İsrafilov porno videonu yaymaqda ittiham edilir və o, 3 il müddətinə azadlıqdan məhrum edilə bilər
###reklam250###

Bəs görəsən, adı qalmaqlda hallanan millinin oyunçusu üçün AFFA tərəfindən hər hansı bir yardım və ya millidən uzaqlaşdırma gözləyirmi?

Bu barədə "Yeni Sabah"a açıqlama verən AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla bildirib ki, məsələ ilə bağlı qruma hər hansı bir məlumat daxil olmayıb və hansısa futbolçunun millidən uzaqlaşdırılması ilə əlaqədar məşqçilər korpusu qərar qəbul edə bilər:

"Əslində, milli komanda ilə heç bir futbolçunun müqaviləsi olmur. Yəni bu klub deyil. Sözün açığı, həmin məsələ ilə bağlı bizə hər hansı bir nüraciət daxil olmayıb. Milli komandanın oyunçusu milli komandamın baş məşqçisinin qərarına əsasən, yığmaya dəvət olunur. Qarşıda bir neçə ay təlim-məşq toplanışı və oyun yoxdur. Onunla bağlı qərarı da növbəti məşq toplanış ərəfəsində milli komandanın məşqçilər korpusu verəcək. Bu bütün futbolçulara aiddir, təkcə Eddi İsrafilova yox".

F.Abdulla Elxan Məmmədovun Dadaş Dadaşlinskinin dəvətini qəbul edərək, İctimai Televiziyada yayımlanan "3D" verilişinə çıxacağı ilə bağlı məsələyə də aydınlıq gətirib:

"Verilişə çıxıb-çıxmamağı ilə bağlı o vaxt açıqlama verə bilərik ki, həqiqətən verilişə çıxacaq və çəkiliş olacaq. Hələki belə bir şey yoxdur".

pia.az