“Çakır” ləqəbli icra başçısı kreslosunu tərk edə bilər

Daha iki icra başçısı vəzifədən azad ediləcək...
###reklam250###

“Yeni Müsavat” qəzetinin yaydığı xəbərə görə, Qaradağ və Nəsimi rayon icra başçıları da öz vəzifələrini yaxın günlərdə itirə bilərlər. Belə ki, Nəsimi rayonunun icra başçısı Asif Əsgərov bu vəzifədə 2015-ci ildən fəaliyyət göstərir. Onun haqqında indiyədək mətbuatda çoxsaylı neqativ məzmunlu məqalələr yer alıb. Asif Əsgərova qarşı çoxsaylı ittihamlar səsləndirilib.

Maraqlıdır ki, hər iki icra başçısı ilk təhsillərini Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda alıblar. Belə ki, Asif Əsgərov 1989-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 2001-ci ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.

Süleyman Mikayılov isə 1984-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 2004-cü ildə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini başa vurub.

##relatedPost2##

Süleyman Mikayılovun adına mətbuatda tez-tez rast gəlinir. Onun ən çox yola getmədiyi təbəqə iş adamlarıdır. Bu haqda dəfələrlə mətbuatda yazılar dərc edilib və ayrı-ayrı iş adamları başçıdan şikayətlərini bildiriblər. Qaradağ rayonu məlumdur ki, Bakının ən böyük sənaye rayonudur. Burada əhali kontingenti də fərqlidir. Yəni sənaye rayonu olduğu üçün daha çox burada məskunlaşanlar kasıb və orta təbəqənin nümayəndələridir. Məlumatlar dolaşır ki, Süleyman Mikayılovdan yerli əhali də narazılıq edir.

Rayon sakinləri bildiriblər ki, başçı sakinlərlə çox az-az görüşür. Ondan yardım istəyənə isə kobud yanaşır. Bu cür feodal göstəricilərə malik olan məmurlar dövrün tələb və şərtlərinə cavab vermirlər. Bu baxımdan, onların da qısa zaman sonra vəzifələrindən gedəcəkləri qaçılmazdır.

Onu da qeyd edək ki, S. Mikayılov məşhur “Kurtlar Vadisi” serialından sonra “Çakır” ləqəbi ilə tanınmağa başlayıb.

pia.az