Bakıda iki qardaş bıçaqlanıb

Bakıda iki qardaş bıçaqlanıb...
###reklam250###

Hadisə dekabrın 2-də paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsində baş verib.

Belə ki, Əli Yunusov və qardaşı Xaliq Yunusov qəsəbənin H.Quliyev küçəsi, 23 saylı binanın qarşısında olarkən 3 nəfər naməlum şəxslə mübahisə ediblər. Daha sonra həmin şəxslər qardaşlara qol və bud nahiyyələrindən bıçaqla xəsarət yetiriblər.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.(report)

pia.az