Türk mühəndislər hazırladı, dünya nəhəngləri əldə etmək üçün növbəyə düzüldü - Video

Türkiyədə innovativ odlu silah istehsal olunub...
###reklam250###

Odlu silahın modifikasiya sistemi Wattozz T61 tamamilə yerli və milli mənbələrlə hazırlanıb.

PİA.az ted.az-a istinadən bildirir ki, Albayraklar Müdafiə Sənayesi tərəfindən hazırlanan odlu silahın modifikasiya sisteminin səsboğucuya bənzər bir görünüşü var. Silah ABŞ və Çin kimi ölkələrdən artıq sifariş alıb.

İnnovativ yenilik geri təpmədən əlavə, zərbənin çıxma sürətini və təsir dairəsini artıraraq barel alovunu məhv edir.

Sistem hava müdafiəsində də istifadə edilə bilər. Belə ki, yeni məhsul silahlı dronlara qarşı artıq istifadə edilib.

pia.az