Türkiyə ordusunun Suriyadakı əməliyyatlarda iki əsgəri şəhid olub

Türkiyədən yenə şəhid xəbəri...
###reklam250###

Suriyada aparılan antiterror əməliyyatları zamanı Türkiyə ordusunun iki əsgəri şəhid olub.

PİA.az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumata əsasən, əsgərlərdən biri “Sülh çeşməsi”, digəri isə “Pəncə-3” antiterror əməliyyatlarının aparıldığı bölgələrdə terrorçular tərəfindən vurulub. Bir əsgər də yaralı halda xəstəxanaya çatdırılıb.

Hadisə zamanı terror qruplaşmalarına aid hədəflər məhv edilib. (APA)

pia.az