“Teymur Rəcəbovun Qran-pridə oynaya bilməyəcəyinə çox təəssüflənirəm”

FİDE-nin prezidenti Arkadi Dvorkoviç azərbaycanlı şahmatçı Teymur Rəcəbovun Qran-prinin IV mərhələsində oynamayacağına münasibət bildirib...
###reklam250###

Rusiyalı rəhbər qrossmeysterimizin İsrailin Yerusəlim şəhərində keçiriləcək yarışda iştirak etməyəcəyinə çox üzülüb.

O, “tvitter” səhifəsində məyusluğu ilə yanaşı, Dünya Kubokunun sahibini anlayışla qarşıladığını da qeyd edib: “Teymur Rəcəbovun Qran-pridə oynaya bilməyəcəyinə çox təəssüflənirəm. Amma bizim üçün idmançıların sağlamlığı hər şeydən önəmlidir”.

Qeyd edək ki, Rəcəbov səhhətində yaranan problemlə bağlı FİDE-yə müraciət ünvanlayıb və beynəlxalq qurum dekabrın 11-23-də baş tutacaq turnirdə həmyerlimizin göstərdiyi səbəbləri əsaslı sayıb. (Apasport.az)

pia.az