Masallıda baba ehtiyatsızlıqdan 4 yaşlı nəvəsini öldürüb

Masallı rayonunda bədbəxt hadisə baş verib...
###reklam250###

Hadisə noyabrın 24-də rayonun Təzəkənd kəndində baş verib.

Belə ki, 1963-cü il təvəllüdlü Mirkərim Əmənov fərdi yaşayış yerinin həyətində özünə məxsus olan idarə etdiyi “Mercedes-Benz C 180” markalı avtomobilini arxa istiqamətə hərəkət edən zaman maşının arxa tərəfində olan nəvəsi, 2015-ci il təvəllüdlü Murad Əmənovu ehtiyatsızlıqdan vuraraq öldürüb.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

pia.az