Moutinyo müqaviləsini yenilədi

"Wolverhampton" Joao Moutinyonun müqaviləsinin müddətini uzadıb
###reklam250###

PİA.az goal.az-a istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi ilə müddəti 2022-ci ilə qədər olan sözləşmə imzalanıb.

2018-ci ilin yayından Wolverhampton-da çıxış edən Moutinyonun əvvəlki müqaviləsi mövsümün sonunda bitirdi.

Qeyd edək ki, bu mövsüm "canavarlar"la 23 oyuna çıxan portuqaliyalı yarımmüdafiəçi 1 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

pia.az