Tovuzda evdən kişi meyiti tapılıb

Tovuz rayonunda evdən kişi meyiti tapılıb...
###reklam250###

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb.

Kənd sakini, 1975-ci il təvəllüdlü Mayıl Nəbiyevin meyiti yaşadığı mənzildə qonşuları tərəfindən aşkarlanıb.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.

pia.az